Bakıda yataqxanada yanğın olub

Hadisə

16.06.2023 - 11:08

Həkimlər Klinikalar SEO Xidməti

52 nəfər təxliyə olunub

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 kvadratmetr olan mətbəxin yanar konstruksiyaları yanıb.

AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Yüksək temperaturdan dəhliz 10 kvadratmetr sahədə qarsalanıb. Yanğın zamanı 52 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş