Bakıda yaşayış binasında yanğın olub

Hadisə

29.08.2023 - 23:10

Həkimlər Klinikalar SEO Xidməti

Mənzillər yanğından mühafizə olunub

Bakıda yaşayış binasında yanğın olub. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd elektrik sayğacı, 8 p.m elektrik kabeli, 1 ədəd qaz sayğacı və yaxınlıqda diametri 20 mm olan qaz xəttindən sızan məişət qazı yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş