Bakıda xəncərlə mühafizəçiyə hücum edilib

Xəbərlər

30.12.2024 - 11:49

Həkimlər Klinikalar SEO Xidməti

Hadisəni törədən şəxs saxlanılıb

"Capital Towers" yaşayış kompleksində mühafizəçiyə xəncərlə hücum edən şəxs saxlanılıb. AYNA xəbər verir ki, bu məlumatı Oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Elbrus İbrahimov verib.

"Görüntüdə əks olunan hadisə qonşular arasında mübahisədir. Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır", - deyə açıqlamada vurğulanır.

Qeyd edək ki, Bakının mərkəzində yerləşən "Capital Towers" yaşayış kompleksində dəhşətli hadisə baş verib. Məlumata görə, bina sakinləri 20-ci mərtəbənin foyesində narkotik maddə istifadə edən iki nəfəri görüb və dərhal mühafizəçiyə xəbər veriblər.

Mühafizəçi hadisə yerinə çatanda narkotikin təsiri altında olan şəxslərdən aşağı enməyi tələb edib. Lakin onlar bu tələbə məhəl qoymayaraq, mühafizəçini söyməyə və döyməyə başlayıblar.

Vəziyyətin nəzarətdən çıxdığını görən mühafizəçi özünü 1-ci mərtəbəyə çatdırmağa çalışıb. Ancaq əlində xəncər olan narkomanlardan biri ona hücum edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş