Bakıda vulkan püskürüb

Xəbərlər

18.09.2024 - 12:16

cedabet dərman SEO Xidməti

Lökbatan qəsəbəsində palçıq vulkanı püskürüb

Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində palçıq vulkanı püskürüb. AYNA xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd olunub ki, palçıq vulkanının püskürməsinin dərinliyi 3 kilometr, püskürmə 6 dəqiqə 20 saniyə davam edib.

Püskürmənin ikinci fazası yerli vaxtla saat 16:09-da qeydə alnıb. Püskürmənin davamlığı 3 dəqiqə 34 saniyə olub.

Püskürmə zamanı ayrılan seysmik enerji Е=0.4×10⁷ C təyin olunub.

Vulkan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin doqquz seysmik stansiyası (vulkanətrafı) tərəfindən qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş