Bakıda tikiş sexi və ona bitişik anbar yanıb

Hadisə

18.09.2020 - 19:53

Yaxınlıqdakı mağaza və yaşayış evləri yanğından mühafizə olunub

 

Bakı şəhərinin Xəzər rayonunda bir dam altında tikilən ümumi sahəsi 194 m² olan tikiş sexinin və ümumi sahəsi 206 m² olan anbarın yanar konstruksiyaları, içərisindəki əşyalar yanıb.

 

Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, yaxınlıqdakı mağaza və yaşayış evləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az