Sexin qalan hissəsi yanğından mühafizə olunub
Bakıda ticarət mərkəzində yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda "Abşeron" ticarət mərkəzinin ərazisində ümumi sahəsi 130 m² olan taxta sexinin içərisində sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, 1 ədəd kondisioner və 30 m² sahədə taxta materialları yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.