Bakıda təhsil işçilərinin 82 faizi vaksinasiya prosesinə qoşulub

Xəbərlər

08.06.2021 - 15:16

Təhsil məktəblərində 10 peyvənd məntəqəsi fəaliyyət göstərir

 

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AYNA-ya bildirilib ki, paytaxtda yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsi fəaliyyət göstərir.

 

Hazırkı dövrədək paytaxtdakı təhsil müəssisələrində çalışanların 82 faizi vaksinasiya prosesinə qoşulub.

Müəllif: Ayna.az