Bakıda soyğunçuluqda şübhəli bilinən şəxslər saxlanılıb

Xəbərlər

26.01.2026 - 17:34

Cinayət anı təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb

Bakının Xətai rayonu M.Hadi küçəsində paytaxt sakini olan bir nəfərin mobil telefonu naməlum şəxslər tərəfindən talama yolu ilə əlindən alınıb. Bu barədə zərərçəkən şəxsin polisə şikayəti daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri 21 yaşlı Surxay Əliyev və həmyaşıdı Mirvəli Seyidov saxlanılıblar.

Cinayət anı təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.

Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş