Bakıda sıxlıq müşahidə olunan yolların SİYAHISI

Xəbərlər

29.04.2024 - 09:13

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

AYNA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilibş

Mərkəz hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edib:

  1. Heydər Əliyev prospekti köməkçi yol, mərkəz istiqamətində;
  2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
  3. 8 Noyabr prospekti, mərkəz istiqamətində;
  4. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
  5. Tbilisi prospekti, mərkəz istiqamətində;
  6. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
  7. 28 May küçəsi, Rəşid Behbudov küçəsi istiqamətində;
  8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
  9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Müəllif: Ayna.az