Bakıda səkinin zəbt edilməsinin qarşısı alındı

Xəbərlər

13.07.2022 - 11:26

Həkimlər Klinikalar SEO Xidməti

Əlavə tikinti sökülüb, hazırda ərazi təmizlənir, tikinti materialları daşınır

Ötən gün sosial şəbəkədə Nərimanov rayonu Təbriz küçəsində, “Metropark” Ticarət Mərkəzinin yaxınlığında yeni yaşayış binasının tikintisi zamanı binanın qarşısının genişləndirilməsi və səkinin zəbt edilməsi barədə məlumat yayılıb.

AYNA-nın xəbərinə görə, Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, Nərimanov RİH tərəfindən məsələyə operativ şəkildə reaksiya verilib.

Qeyd olunub ki, rayonun kommunal xidmətləri tərəfindən həmin əlavə tikinti sökülüb, hazırda ərazi təmizlənir, tikinti materialları daşınır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş