Bakıda şaxta olacaq

Xəbərlər

09.02.2023 - 14:51

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda fevralın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında gecə saatlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Gecə 1-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 777 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Rayonların bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi proqnozlaşdırılır. Arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacağı bildirilir. Yollar buz bağlayacaq.

Müəllif: Ayna.az