Bakıda şagird məktəbin qarşısında bıçaqlanıb

Xəbərlər

17.10.2025 - 14:05

Hadisəni törətməkdə şübhəli bilinən həmyaşıdı tutulub

Bakıda məktəbli bıçaqlanıb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 28 May qəsəbəsində orta məktəbin qarşısında baş verib.

11-ci sinif şagirdi M.S. və S.S. mübahisə edib. Nəticədə şagird həmyaşıdını bıçaqlayıb. Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini S.S. polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş