Bakıda sabah da yağış yağacaq

Xəbərlər

05.10.2020 - 14:36

cedabet dərman SEO Xidməti

Paytaxtda mülayim şimal-şərq küləyi əsəcək

 

Azərbaycanda oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz  21-23, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 65-75 faiz  olacaq.

 

Oktyabrın 6-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir  yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  gecə 10-15, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz  6-10 dərəcə  isti olacaq. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş