Paytaxtda quldurluq

Xəbərlər

19.08.2025 - 16:22

Sabiq məhkum şübhəli şəxs qismində saxlanılıb

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, naməlum şəxs gecə saatlarında zərərçəkmişə zor tətbiq edərək onun mobil telefonunu ələ keçirib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 20 yaşlı Q.Qılmanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş