Bakıda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir

Xəbərlər

14.05.2026 - 11:05

Tədbirdə 110-dan çox ölkədən QHT təmsilçiləri iştirak edir

Gülüstan Sarayında “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyası keçirilir.

AYNA.AZ xəbər verir ki, tədbirdə dünya əhalisinin 80%-nin yaşadığı Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən regionlardan ümumilikdə, 110-dan çox ölkədən QHT təmsilçiləri iştirak edir.

Baş Assambleya müxtəlif panellərlə gün ərzində davam edəcək.

GSNP-nin ilk Baş Assambleyasında təşkilata 5 il rəhbərlik edəcək Baş katib və onun Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını əhatə edən bölgələr üzrə 4 müavini seçiləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş