Nəqliyyat hadisəsi səkkiz gün əvvəl baş verib
Bakıda qəza törədən sürücü saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəza törədən sürücü saxlanılıb. Belə ki, ötən il dekabrın 29-da Abşeron rayon sakini V.Surxayevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ford” markalı avtomobil sürücüsü - Bakı şəhər sakini N.Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.