Bakıda qəza: piyada ölüb

Xəbərlər

06.01.2024 - 12:17

Avtomobil piyadanı vuraraq öldürüb

Bu gün səhər saatlarında Binəqədi rayonu Binəqədi qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

AYNA-nın xəbərinə görə, Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) bildirilib ki, “Mercedes-Benz” markalı avtomobil yolun piyada keçidi olmayan hissəsində 1963-cü il təvəllüdlü Səyyara Misir qızı Kərimovanı vurub.

Göstərilən müdaxilələrə baxmayaraq qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş