Bakıda qanunsuz tikililər sökülüb

Xəbərlər

11.12.2023 - 12:15

Həkimlər Klinikalar SEO Xidməti

Qala və Buzovna qəsəbələrində icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən AYNA-ya verilən məlumata görə, bu çərçivədə Bakı şəhəri, Xəzər rayonunun Qala və Buzovna qəsəbələri ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş