Hadisə nəticəsində vətəndaş yerində keçinib
Bakıda 28 May metrostansiyası yaxınlığında bədbəxt hadisə baş verib. AYNA Real TV-yə istinadən xəbər verir ki, qadının başının üzərinə dəmir düşüb. Nəticədə həmin qadın hadisə yerində keçinib.
Qeyd edək ki, ətrafda tikinti prosesi gedir. Ehtimal olunur ki, dəmir parçası qadının üzərinə həmin istiqamətdən düşüb. Havanın küləkli olması da buna şərait yaradıb.