Bakıda qadına “dovşansan” deyən polis işdən çıxarılıb - <font color=red> RƏSMİ</font>

Xəbərlər

09.06.2020 - 12:03

cedabet dərman SEO Xidməti

Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib

 

İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq, onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.

 

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Xəbərdə bildirilib ki, həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib.

 

Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş