Bakıda “pub”da saxta alkoqollu içkilər aşkarlanıb

Xəbərlər

23.01.2025 - 14:29

Həkimlər Klinikalar SEO Xidməti

"Moon Pub"un cavabdeh şəxsi barəsində inzibati protokol tərtib edilib

Daxil olan müraciət əsasında Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, ev 43 ünvanında yerləşən "Moon Pub"da yoxlama keçirilib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Qeyd olunub ki, yoxlama zamanı fiziki şəxs Zaur İslam oğlu Əliyevə məxsus restoranın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki normativ tələblərin pozulduğu müəyyən olunub. Həmçinin, ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb.

Müayinələrin aparılması üçün nümunələr müvafiq laboratoriyaya təqdim edilib. Araşdırmalar davam etdirilir.

Faktla bağlı cavabdeh şəxs barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş