Bakıda piyadanı maşın vurdu

Hadisə

20.12.2020 - 12:15

Yaralı xəstəxanaya yerləşdirilib

 

Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə A.M Şərifzadə küçəsində qeydə alınıb.

 

1965-ci il təvəllüdlü Hüseynov Əliqəmə Ədalət oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Müəllif: Ayna.az