Bakıda oğurluqlar olub

Xəbərlər

28.07.2025 - 21:47

Hadisələri törətməkdə şübhəli bilinənlər saxlanılıb

Bakının Nizami rayonunda yerləşən evlərin birindən 2 min 500 manat oğurlanması barədə polisə məlumat daxil olub. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 56 yaşlı İ.Çurin müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonunda isə bir nəfərə məxsus içərisində 2 min 660 manat, qızıl-zinət əşyaları və bank kartları olan pulqabını oğurlamaqda şübhəli bilinən 36 yaşlı T.Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalar aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş