Bakıda oğurluqda şübhəli bilinən dəstə üzvləri yaxalanıb

Xəbərlər

28.06.2021 - 17:41

Həkimlər Klinikalar SEO Xidməti

Saxlanılanlar Lökbatanda 10 min manat dəyərində 10 ədəd kondisioner oğurlamaqda şübhəli bilinirlər

 

Bakıda anbar qarət olunub. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, iyunun 26-da Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Kərimova məxsus anbardan 10 000 manat dəyərində 10 ədəd kondisioneri oğurlanıb.

 

Əlahiddə Çevik Polis Alayı və Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri C.Ağayev, İ.Ağayev, M.Zərbəliyev və Şirvan şəhər sakini F.Kərimov saxlanılıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş