Bakıda ödəmə terminalından pul oğurlanıb

Hadisə

21.09.2022 - 14:01

Oğurluqda şübhəli bilinən iki nəfər saxlanılıb

Suraxanıda ödəmə terminalından pul oğurlayan şəxslər saxlanılıblar. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yeni Günəşli qəsəbəsi ərazisindəki mağazaların birindən 200 manat pul, 80 manat dəyərində tütün məmulatı və oradakı ödəmə terminalını sındırılmaqla 2 111 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Murad Abdullayev və Tural Əbilov müəyyən olunaraq saxlanılıblar.  Araşdırma aparılır.

Müəllif: Ayna.az