Bakıda nəzarətsiz qalan azyaşlını FHN xilas edib

Xəbərlər

22.10.2021 - 21:49

Həkimlər Klinikalar SEO Xidməti

Azyaşlı xilas olunaraq aidiyyəti üzrə təhvil verilib

Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 42B ünvanındakı yaşayış binasının eyvanından boylanan azyaşlı uşağın nəzarətsiz olduğunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə zəng edərək köməklik göstərilməsini xahiş ediblər.

Bu barədə AYNA-ya FHN-ə istinadən məlumat verir.

İlk zəngdən dərhal sonra FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub. Vətəndaşların ayıq-sayıqlığı, xilasedicilərin çevik və peşəkar müdaxiləsi sayəsində azyaşlı xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi qeyd olunan hadisədə ayıq-sayıq davranaraq "112" qaynar telefon xəttinə zəng edən vətəndaşlara təşəkkür edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş