Bakıda NATO kursu keçirilir

Xəbərlər

05.11.2025 - 13:57

Tədbirdə NATO-ya üzv və tərəfdaş ölkələrdən 39-dək nümayəndə iştirak edir

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində "Quru qoşunları qərargahı, hissə və bölmələrinin döyüşə hazır olmasının qiymətləndirilməsi (CREVAL)" kursu keçirilir. AYNA.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində keçirilən tədbirdə NATO və tərəfdaş ölkələrin bu sahə üzrə hərbi qulluqçuları iştirak edirlər.

Kursun məqsədi, Alyansın Ortaq Qüvvələr Birliyinə bəyan edilən hissə və bölmələrinin qiymətləndirilməsi üçün hərbi qulluqçuları sertifikatlaşdırmaqdır.

Qeyd edək ki, tədbirdə NATO-ya üzv və tərəfdaş ölkələrdən ümumilikdə 39-dək nümayəndə iştirak edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş