Ələkbərovun beş evdən su sayğaclarını oğurlaması müəyyənləşib
Suraxanı rayonu ərazisində narkotik vasitə ilə tutulan şəxsin beş evdən su sayğaclarını oğurlaması da müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, rayon polis idarəsinin 30-cu polis şöbəsinin əməkdaşları narkotik vasitə ilə tutulan A.Ələkbərovla bağlı aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisində beş evdən su sayğaclarını oğurlaması da müəyyənləşdirilib.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.