Bakıda minlərlə manatlıq oğurluq edən şəxs saxlanılıb

Xəbərlər

26.12.2023 - 12:05

Əvvəllər məhkum olunmuş Sənan Səfərov saxlanılıb

Paytaxtın Nəsimi rayonunda 3 950 manat dəyərində üç ədəd velosiped oğurlayan şəxs saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində iki evin girişindən 3 950 manat dəyərində 3 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Səfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş