Bakıda metroda qadın uşaq dünyaya gətirib

Xəbərlər

08.08.2025 - 09:20

Stansiya əməkdaşları tərəfindən qadına ilkin yardım göstərilib

Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Stansiya əməkdaşları tərəfindən qadına ilkin yardım göstərilib.

Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş