Bakıda mənzildə meyit tapılıb

Hadisə

11.01.2024 - 20:31

Həkimlər Klinikalar SEO Xidməti

Aşkarlanan meyit aidiyyəti üzrə təhvil verilib

Bakıda mənzildə meyit tapılıb. Bu barədə AYNA-yaa Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş