Hadisə yerlərinə yanğın yanğından mühafizə bölmələri cəlb olunub
Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1000 m² olan mebel sexinin ərazisində tutumu 5 ton olan dəmir konstruksiyadan ibarət bunkerin içərisinə yığılan taxta yonqarı yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qazax rayonunda isə, ümumi sahəsi 240 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 34 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.