Bakıda maşın yanıb

Hadisə

24.09.2023 - 00:27

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb

Bakı şəhərinin Qaradağ rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.

Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az