Bakıda “MAN” yandı

Hadisə

01.05.2020 - 11:07

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda “MAN” markalı yük avtomobili yanıb. Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.

 

Bildirilir ki, nəqliyyat vasitəsinin kabinə hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş