Bakıda liftdə meyit aşkarlanıb

Xəbərlər

26.03.2024 - 17:35

Vətəndaşın meyiti liftdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Binəqədidə liftdə meyit aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Bakı Regional Mərkəzinin xilasetmə qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti liftdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az