Bakıda liftdə köməksiz qalan 2 nəfər xilas edilib

Hadisə

13.09.2020 - 12:18

“112” Qaynar telefon xəttinə Binəqədi və Nərimanov rayonlarından müraciət edilib

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” Qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.

 

FHN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Ayna.az