Bakıda külək piyadanı avtomobilin altına atıb

Hadisə

14.02.2022 - 06:17

Həkimlər Klinikalar SEO Xidməti

Piyada ağır xəsarət alaraq təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib. AYNA-nın APA-ya istinadən xəbərinə görə, qəza paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

Belə ki, hələlik ad soyadı bilinməyən orta yaşlı şəxs yolayrıcı beton pillədən yerə yıxılıb. Bu zaman onun üzərindən “Mitsubishi” markalı avtomobil keçib.

Piyada ağır xəsarət alaraq təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, piyada külək nəticəsində asfalt üzərinə yıxılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş