Bakıda karantin postları yığışdırılır – <font color=red> İLGİNC</font>

Xəbərlər

01.07.2020 - 17:23

cedabet dərman SEO Xidməti

DİN: Yaxın dəqiqələrdə rəsmi açıqlama veriləcək

 

Bakıda sərt karantin rejiminə nəzarət etmək üçün qurulan polis postlarının yığışdırılmasına başlanılıb. AYNA əməkdaşlarının müşahidələrinə görə, artıq paytaxtın küçələrində qurulan səyyar postlar yığışdırılıb.

 

Əldə etdiyimiz qeyri-rəsmi məlumatlara görə, polis əməkdaşlarına postlarda karantin yoxlamalarını dayandırmaları tapşırılıb, lakin bu qərarın səbəbi haqda məlumat verilməyib. Təbii ki, bu məsələ vətəndaşlar tərəfindən təəccüb və maraqla qarşılanıb.

 

Bəs, nə baş verir ki, postlar yığışdırılır? AYNA bu sualla Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb. O, yaxın dəqiqələrdə məsələ ilə bağlı rəsmi açıqlama veriləcəyini deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş