Kafenin qalan hissəsi yanğından mühafizə edilib
Bakıda Suraxanı rayonunda kafedə yanğın olub. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Qeyd olunub ki, rayonda ümumi sahəsi 250 m² olan birmərtəbəli kafenin anbarının içərisində qida məhsulları, 1 ədəd qapı-pəncərə və anbarın dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.