Bakıda kafedə yanğın olub

Hadisə

07.11.2024 - 13:08

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Bakı şəhərinin Xəzər rayonunda yanğın olub. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, ümumi sahəsi 130 m² olan kafenin mətbəxinin və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş