Bakıda inşaat materialları bazarında yanğın nəzarət altına alınıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
FHN tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində havanın küləkli olmasına baxmayaraq Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğın nəzarət altına alınıb.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
TƏBİB-dən AYNA-ya bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb, 1 şəxsə (cinsi kişi) isə stresə qarşı reaksiya səbəbi ilə yerində yardım göstərilib.




