Oğurluq edən şəxs tutulub
Bakının Nərimanov rayonunda iki min manatlıq velosipedlər oğurlayan şəxs tutulub. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, N.Həsənliyə və S.Həbibova məxsus, ümumi dəyəri 2 min manat olan velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum edilmiş M.Kazımov Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.