Bakıda iki evdə yanğın olub

Hadisə

08.11.2024 - 10:09

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Bakı şəhərinin Binəqədi rayonunda bir dam altında tikilən evlərdən ümumi sahəsi 150 m² olan 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə və bitişik sahəsi 100 m² olan 2 otaqlı evin dam örtüyünün taxta atmaları 6 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya bildirilib ki, hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş