İntihar edən 20 yaşlı qız avtomobilin üzərinə düşüb
Bakının Xətai rayonunda intihar hadisəsi baş verib. AYNA-nın “Report”a istinadən xəbərinə görə, 20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib.
Qadın evin həyətində olan avtomobilin üzərinə düşüb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.