Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, Ramana qəsəbəsində 2000-ci il təvəllüdlü Qasımzada Dəmirxan Tofiq oğlu bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun və qarın nahiyəsindən 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub. D.Qasımzadə əməliyyat olunub.
Hadisənin təfərrüatı araşdırılır.