Bakıda evlərdən oğurluq edilib

Xəbərlər

18.01.2026 - 23:58

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakının Xətai rayonunda evlərdən silsilə oğurluqlar edilib. Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək evlərindən məişət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B. Bayramov saxlanılıb. Ondan, həmçinin psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş