Oğurluqda şübhəli bilinən şəxs yaxalanıb
Nərimanov rayonunda bir evdən qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, iyulun 30-da rayon ərazisindəki evlərin birindən 4 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əbilov rayon polis idarəsinin 17-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.