Bakıda evdən qızıl və pul oğurlanıb

Xəbərlər

17.11.2023 - 16:28

Əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

Bakıda mənzildən oğurluq edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, Binəqədi rayonu ərazisində mənzillərin birindən 5000 manat, 2700 ABŞ dolları pul və 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Həsən Əfəndizadə müəyyən olunaraq saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş