Bakıda evdən pul və qızıl oğurlanıb

Xəbərlər

23.12.2023 - 13:19

Rəşad Əhmədov şübhəli şəxs qismində saxlanılıb

Bakının Sulutəpə qəsəbəsində evdən 1000 manat pul və 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Oğurluqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Rəşad Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş