Bakıda evdə yanğın olub

Hadisə

26.09.2025 - 21:32

Bir nəfər tüstüdən zəhərlənib

Bakıda 2 otaqlı ev yanıb, bir nəfər tüstüdən zəhərlənib. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyindən (FHN) bildirilib.  

Qeyd olunub ki, Xəzər rayonunda ümumi sahəsi 200 m² olan 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə, 1 ədəd kombi aparatı və 1 ədəd kondisioner yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş